TBMM-in sədri TÜRKPA Katibliyi ilə tanış olub

TBMM-in sədri TÜRKPA Katibliyi ilə tanış olub

Bakı. TurkicWorld:

Azərbaycanda rəsmi səfərdə olan TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş iyulun 12-də TÜRKPA Katibliyinin inzibati binasına gəlib.

TurkicWorld xəbər verir ki, TBMM-in sədrini TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er qarşılayıb və onlar birlikdə inzibati binanın həyətində ağac əkiblər.

Sonra TBMM-in sədri və onun rəhbərlik etdiyi Türkiyə parlament nümayəndə heyəti TÜRKPA Katibliyinin inzibati binası, burada yaradılan iş şəraiti ilə tanış olublar. Numan Kurtulmuş katibliyin fəaliyyəti ilə maraqlanıb və katiblik əməkdaşlarına öz tövsiyələrini bildirib.