Son dəqiqə

Türkiyə Qətər Cevdet Yılmaz Mehmet Şimşek

Türkiyənin vitse-prezidenti və maliyyə naziri Qətərə işgüzar səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və xəzinə və maliyyə naziri Mehmet Şimşək bu gün Qətərə işgüzar səfər edəcək.

TurkicWorld-un məlumatına görə, Cevdet Yılmaz və Mehmet Şimşək prezident Rəcəb Tayyib Ərdoğanın 17-19 iyul tarixlərində Körfəz ölkələrinə səfərindən əvvəl Qətərə işgüzar səfər edəcək.

Səfər çərçivəsində Cevdet Yılmaz və Mehmet Şimşək Türkiyə ilə Qətər arasında əlaqələrin gücləndirilməsi və iqtisadi əməkdaşlıq imkanlarının qiymətləndirilməsi ilə bağlı bir sıra görüşlər keçirəcəklər.

Mövzuya görə xəbərlər