Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç Baş naziri Ulf Kristersson ilə görüşəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə NATO Baş Katibi Yens Stoltenberq deyib.
NATO Baş Katibi Yens Stoltenberqin ev sahibliyi ilə 28 iyun 2022-ci ildə Türkiyə, Finlandiya və İsveçin imzaladığı NATO-ya üzvlük üçün Üçtərəfli Memorandumda qurulan Daimi Birgə Mexanizmin 5-ci iclası Brüsseldə keçirilib.
Qeyd edək ki, iclasda Türkiyə, Finlandiya və İsveçdən olan nümayəndə heyətləri iştirak edib.
Türkiyə nümayəndə heyətində xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, prezidentin baş müşaviri Akif Çağatay Kılıç və nazir müavini Burak Akçapar yer alıb.
Məlumat üçün bildirək ki, görüşdə Finlandiya və İsveçin Üçtərəfli Memorandum əsasında atdığı addımlar, xüsusilə də terrorla mübarizənin müxtəlif ölçüləri kontekstində nəzərdən keçirilib.
Hafiz Rufizoğlu