Ərdoğan ilə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Ərdoğan ilə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Niderlandın Baş naziri Mark Rutte arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, İsveçin NATO-ya üzvlük prosesi, Avropada Qurana qarşı təxribat xarakterli hərəkətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Gələn il Türkiyə-Niderland Dostluq Sazişinin 100-cü ildönümünün qeyd olunacağını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan ikitərəfli əlaqələrin yüksək səviyyəli səfərlərlə taclanacağına inandığını bildirib.

İsveçin NATO-ya üzvlük prosesinin də müzakirə olunduğu görüşdə Prezident Ərdoğan İsveçin terrorla mübarizə qanunvericiliyində dəyişiklik edərək düzgün istiqamətdə addımlar atdığını, lakin terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə fəaliyyətlərinə davam etdiyini vurğulayıb.