Son dəqiqə

Türkiyə NASA Türkiye Uzay Ajansı

Türkiyə NASA-nın "Space Apps Challenge" yarışmasında iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyənin TUA (Türkiye Uzay Ajansı) kosmik şirkəti NASA-nın təşkil etdiyi Beynəlxalq Kosmik Tətbiqlər yarışmasında (Space Apps Challenge) iştirak edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır məlumat verib.

"TUA vasitəsilə NASA ilə əməkdaşlıq edirik. Bununla biz onların təcrübələrindən faydalanmaqla yanaşı, öz kosmik layihələrimizi də həyata keçirəcəyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı Milli Kosmos Proqramında iddialı hədəfləri olan ölkəyik. Kosmos texnologiyalarına daha çox sərmayə ayıracağıq'', - deyə o əlavə edib.

Qeyd edək ki, dünyada və kosmosda ortaya çıxan problemlərə həll hazırlamaq və onları birgə həll etmək məqsədi daşıyan Space Apps Challenge yarışmasında Türkiyə ilə yanaşı, Avropa, Yaponiya, Çin, Avstraliya və Cənubi Afrikadan (ESA, JAXA, CSA, ASA, SANSA) mühüm kosmik agentliklər də iştirak edəcək.

NASA Space Apps Challenge dünyanın bir çox şəhərlərində 48 saatdan çox davam edən beynəlxalq hakatondur. Koderlər, elm adamları, dizaynerlər, texnoloqlar və maraqlanan hər kəs Yerdə və kosmosda qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmək üçün bir araya gəlirlər.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər