Son dəqiqə

Türkiyə Eskişehir qəza avtobus qəzası

Eskişehirde avtobus qəzası baş verib: 35 yaralı

Bakı. TurkicWorld:

Türkiyənin Eskişehir şəhərində Kütahya-Eskişehir avtomobil yolunda sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.

TurkicWorld xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım qrupları və polis cəlb edilib.

İlkin məlumata əsasən, qəza nəticəsində 35 nəfər yaralanıb, yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər