Türkiyənin ANKA-3 PUA-sının ilk uçuş tarixi açıqlanıb

Türkiyənin ANKA-3 PUA-sının ilk uçuş tarixi açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan ANKA-3 Pilotsuz Uçuş Aparatının ilk uçuşunun bu ayın sonunda həyata keçiriləcəyi planlaşdırılır.

TurkicWorld xəbər verir ki, bu barədə TUSAŞ PUA Sistemləri baş direktorunun müavini Ömər Yıldız məlumat verib.

Qeyd edək ki, Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan ANKA-3 Pilotsuz Uçuş Aparatının maksimal uçuş çəkisi 6,5 tondur və 1,2 ton yük daşıya bilir. 40 min fut yüksəklikdə 10 saat uçuş müddəti olan ANKA-3, 250 kts kruiz sürətinə malikdir.

Bundan əlavə, ANKA-3 PUA-sının daxili silah stansiyaları da var. Bununla da ANKA-3 düşmən radarlarına görünmədən döyüş tapşırıqlarını yerinə yetirə biləcək.