Bakı. TurkicWorld:
Türkiyə ilə hesablaşmaq məcburiyyətindəyik.
TurkicWorld-un məlumatına görə, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin (EPC) təhlilində Türkiyənin əhəmiyyətinin günbəgün artdığı vurğulanıb.
"Türkiyə, prezident Rəcəb Tayyib Ərdoğanın dövründə yeni mərhələyə qədəm qoyub. Qlobal miqyasda aparılan təhlil nəticələri göstərir ki, Türkiyənin bölgədə gücü daha da artacaq və beynəlxalq məsələlərdə əsas rol oynamağa davam edəcək. Türkiyənin böyüklüyünü və getdikcə parçalanan dünyada artan geostrateji əhəmiyyətini nəzərə alaraq, Avropa İttifaqı (AB) liderləri Türkiyə ilə hesablaşmaq məcburiyyətindədilər. Türkiyə dünyada getdikcə daha nüfuzlu bir əsasa çevrilib",- deyə təhlildə qeyd olunub.