Bakı. TurkicWorld:
Türkiyənin Malatya şəhərində 4.6 bal gücünə zəlzələ baş verib.
TurkicWorld-un məlumatına görə, bu barədə AFAD məlumat verib
Məlumatda qeyd olunur ki, zəlzələ yerin 7.06 km dərinliyində baş verib
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.