Türkiyəli gənclərin ən çox seçdiyi türk şirkətinin siyahısı açıqlanıb

Türkiyəli gənclərin ən çox seçdiyi türk şirkətinin siyahısı açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyəli gənclərin ən çox seçdiyi 100 türk şirkətinin siyahısı açıqlanıb.

TurkicWorld-un məlumatına görə, Unilever gənclərin ən çox seçdiyi 100 türk şirkəti siyahısında 2022-ci ildə olduğu kimi bu il də birinciliyini qoruyub.

2009-cu ildən bəri keçirilən "Ən Çox Sevilən Şirkətlər" Türkiyənin ən böyük tələbə şəbəkəsi olan 3İK Brend Ünsiyyət Agentliyi vasitəsilə hazırlanır.

Tədqiqata daxil olan şirkətlər universitet tələbələri ilə qruplar şəklində müəyyən edilib və bu il onlayn araşdırmada 62 min 541 tələbə və 28 min 623 gənc mütəxəssis iştirak edib.

Bu ilki siyahıda yer alan Türkiyənin müdafiə və aerokosmik şirkətləri sıralaması aşağıdakı kimidir:

ASELSAN: 5-ci yer

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TAİ): 8-ci yer

TUSAŞ Motor Sanayii (TEI): 16-cı yer

Roketsan: 23-cü yer

HAVELSAN: 29-cu yer

FNSS: 63-cü yer

Otokar: 76-cı yer

STM: 80-ci yer