Əminə Ərdoğan Azərbaycana təşəkkür edib

Əminə Ərdoğan Azərbaycana təşəkkür edib

Bakı. TurkicWorld:

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycana səmimi ev sahibliyinə görə təşəkkür edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Əminə Ərdoğan "Twitter" hesabında qeyd edib.

"Türkiyə əsrinin ilk rəsmi səfərlərini qardaş ölkələrə etdik. Hər zaman əl-ələ, ürək-ürəyə olduğumuz Şimali Kipr Türk Respublikasına və can Azərbaycana səmimi ev sahibliyinə görə təşəkkür edirəm", - paylaşımda qeyd olunub.