Texnologiya startaplarına 450 milyon dollar investisiya ayrılacaq - Mehmet Fatih Kacır

Texnologiya startaplarına 450 milyon dollar investisiya ayrılacaq - Mehmet Fatih Kacır

Bakı, TurkicWorld:

Türkiyə və Dünya Bankı arasında həyata keçirilən "Türkiyə Yaşıl Sənaye Layihəsi" çərçivəsində sənayeçilərə, Kiçik və Orta Müəssisələrə (KOBİ) və texnologiya startaplarına 450 milyon dollar investisiya ayrılacaq, TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır jurnalistlərə açıqlamasında deyib.

Türkiyəli nazir onu da bildirib ki, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstək İdarəsinin (KOSGEB) dəstəyi ilə bərpa olunan enerji layihələrini, TÜBİTAK-ın köməyi ilə isə karbon emissiyalarının azaldılması üçün Ar-Ge (texnologiya araşdırması və inkişafı) layihələrini dəstəkləyəcəklər.

"Minlərlə sənaye şirkətinə dəstək olmağı hədəfləyən layihə ilə karbon emissiyaları azalacaq və resurs səmərəliliyinin artırılması ilə yaşıl enerji planları hazırlana və həyata keçirilə bilər", - deyə o qeyd edib.

Ləman Əsədli
Lamanasadli01