Rəcəb Tayyib Ərdoğan İngiltərənin “Mançester Siti” komandasını təbrik edib

Rəcəb Tayyib Ərdoğan İngiltərənin “Mançester Siti” komandasını təbrik edib

Bakı. TurkicWorld:

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Çempionlar Liqasının finalında kuboku qazanan İngiltərənin “Mançester Siti” komandasını təbrik edib.

TurkicWorld-un məlumatına görə, bu haqda Ərdoğan öz Twitter hesabında paylaşım edib.

“İstanbulun ev sahibliyi etdiyi Atatürk Olimpiya Stadionunda oynayan dünyanın ən böyük idman təşkilatlarından biri olan Çempionlar Liqasının finalında çempionluq qazanan “Mançester Siti” komandasını təbrik edirəm.” – deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, UEFA Çempionlar Liqasının finalında “Mançester Siti” İtaliyanın “İnter” komandasına 1:0 hesabı ilə qalib gəlib.