Türkiyənin T-70 helikopterinin hazırlanması tamamlanıb

Türkiyənin  T-70 helikopterinin hazırlanması tamamlanıb

Bakı. TurkicWorld:

Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən yerli və milli imkanlarla inkişaf etdirilərək Meşə Ümumi Müdirliyinə (OGM) təhvil verilən 'Nəfəs' adlı ikinci T-70 yanğınsöndürmə helikopterinin hazırlanması tamamlanıb.

TurkicWorld-un məlumatına görə, bunu T-70 helikopterinin baş mühəndisi Dr. Duyqu Barın qeyd edib.

"İyun ayında ikinci helikopteri Meşə Ümumi Müdirlüyünə (OGM) təhvil verəcəyik" – deyə o qeyd edib.

TUSAŞ 2016-cı ildə başladığı layihə çərçivəsində Sikorsky S-70 helikopteri əsasında yerli və milli resurslarla T-70 helikopterini hazırlayıb.

Məlumat üçün qeyd edək ki, ümumi təyinatlı helikopter sinfinə aid olan T-70-lər Türkiyənin Meşə Ümumi Müdirliyi ilə yanaşı, Təhlükəsizlik Baş İdarəsi, Jandarma Baş Komandanlığı, Quru Qoşunları Komandanlığı, Hərbi Hava Qüvvələri Komandanlığı, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığına təhvil verilib.

Yanğınlarla mübarizə üçün hazırlanmış ilk T-70 30 dekabr 2022-ci ildə OGM-yə təhvil verilmiş və ilk helikopterə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən “Nəfəs” adı verilib.

O bildirib ki, helikopterin eniş aparatı və dinamik sistemləri Alp Aviation tərəfindən, mühərriki də lisenziya ilə TUSAŞ Motor Sanayii AŞ (TEI) tərəfindən gövdə istehsalı isə türk mühəndisləri tərəfindən hazırlanıb.

Məlumat üçün qeyd edək ki, indiyə qədər bir ədəd T-70-in OGM-yə təhvil verilib.

İkinci helicopter iyul ayında, üçüncüsü isə 2024-cü ildə OGM-yə təhvil veriləcək.