Son dəqiqə

Türkiyə Rusiya Nikolay Şulqinov

Türkiyə ilə Rusiya arasında qaz qovşağının yaradılması üçün işlər davam edir - Nazir

Bakı, TurkicWorld:

Türkiyə ilə Rusiya arasında qaz qovşağının yaradılması üçün işlər davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov jurnalistlərə açıqlamasında deyib.

"Rusiya tərəfi qaz qovşağının yaradılması konsepsiyasını Türkiyəyə təqdim edib. Qovşağın yaradılması üçün dəqiq tarix müəyyənləşdirilməyib. Bu məsələnin həllini sürətləndirmək üçün ilkin şərtlər var", - deyə o əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında Rusiya prezidenti Vladimir Putin Rusiyanın Türkiyə üzərindən Avropaya qaz satmağa hazır olduğuna işarə edərək, Türkiyədə böyük bir qaz mərkəzi qura biləcəklərini deyib. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qovşağın tikintisi ilə bağlı Rusiya lideri ilə razılaşdığını təsdiqləyib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər