Acun Ilıcalı daha bir Avropa komandasının sahibi oldu

Acun Ilıcalı daha bir Avropa komandasının sahibi oldu

Bakı, TurkicWorld:

İngiltərənin “Hull City” futbol komandasının sahibi Türkiyəli iş adamı Acun Ilıcalı İrlandiyanın Premyer Liqa komandası Shelbourne FC səhmlərinin böyük hissəsini alıb.

TurkicWorld xəbər verir ki, Ilıcalı bu barədə öz rəsmi sosial media hesabında açıqlama verib.

"Məqsədimiz Shelbourne FC ilə birlikdə avrokuboklarda iştirak etmək, mühüm uğurlara imza atmaq və bir çox istedadları dünya futboluna gətirməkdir. Biz İrlandiya futboluna, klubun potensialına və azarkeşlərimizə inanırıq”, - deyə o paylaşımında qeyd edib.

Qeyd edək ki, “Shelbourne” komandası İrlandiya Liqasında 3-cü yerdədir. Komandanın baş məşqçisi Noel Kinqdir.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər