Bakı, TurkicWorld:
İngiltərənin “Hull City” futbol komandasının sahibi Türkiyəli iş adamı Acun Ilıcalı daha bir Avropa futbol komandasını almağa hazırlaşır.
TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, onun İrlandiya Liqasının “Shelbourne” komandasının səhmlərini alması gözlənilir.
Məlumata əsasən, Ilıcalı İrlandiyanın “Shelbourne” və “St. Patrick's Athletic” futbol komandalarının matçını tribunadan izləyib.
Qeyd edək ki, “Shelbourne” komandası İrlandiya Liqasında 5-ci yerdədir. Komandanın baş məşqçisi “Chelsea”-nin keçmiş oyunçusu Damien Duffdur .