Bakı. TurkicWorld:
Türkiyənin Roketsan şirkəti tərəfindən hazırlanan ATMACA Gəmi Əleyhinə Raketin hədəfi vurma anları paylaşılıb
TurkicWorld-un məlumatına görə, raket dəniz səthindəki konteyner hədəfini dəqiqliklə vurub.
Türkiyənin ilk dəniz raketi olan ATMACA bu yaxınlarda Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarına daxil olub.
Roketsan-ın 35 illik yubileyi üçün hazırladığı videoda ATMACA Gəmi Əleyhinə Raketin hədəfini vurduğu anlar yer alıb.
Buraxıldıqdan sonra hündürlük alan və sonra yenidən enən ATMACA Raketi dəniz səthindən cəmi bir neçə metr yüksəklikdə uçuşa başlayır ki, bu da super dəniz süzülməsi kimi ifadə edilir.
Bu yolla hədəf dəniz platforması tərəfindən fərqinə varılması çox çətin olan ATMACA ya birbaşa, ya da terminal mərhələsində pitching(öncədən təyin edilmiş bucaq altında) manevri ilə hədəfini məhv edə bilir.
Məlumat üçün qeyd edək ki, ATMACA Raket Layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının gəmi əleyhinə raket ehtiyaclarını yerli və milli imkanlarla qarşılamaq məqsədi ilə 2009-cu ildə istifadəyə verilmişdir.
#ATMACA Gəmi Əleyhinə #Raket|inin hədəfi vurma anları paylaşılıb
— Turkic World (@TurkicWorld_Az) June 7, 2023
#Türkiye #Roketsan@roketsan pic.twitter.com/WfVhoSBLQ0







