CHP tərəfdarı Kılıçdaroğlunu sədrlik vəzifəsindən istefa etməyə çağırıb

CHP tərəfdarı Kılıçdaroğlunu sədrlik vəzifəsindən istefa etməyə çağırıb

Bakı, TurkicWorld:

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) tərəfdarı jurnalist Uğur Dündar Kamal Kılıçdaroğlunu sədrlik vəzifəsindən istefa etməyə çağırıb.

TurkicWorld xəbər verir ki, U.Dündar toplumun dəyişiklikdən gözləntisinin Kılıçdaroğlunun vəzifəsindən getməsi olduğunu bildirib.

Məlumat üçün bildirək ki, daha öncə də partiyanın bir çox üzvləri K.Kılıçdaroğlunun istefası ilə bağlı çıxış edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

Seçkilərdə Ədalət və İnkişaf Partiyasından (AK Parti) 268, Cümhuriyyət Xalq Partiyasından (CHP) 169, Yaşıl Sol Partiyasından 61, Milliyyətçi Hərəkat Partiyasından (MHP) 50, İYİ Partidən 43, Yenidən Rifah Partiyasından isə beş millət vəkili seçilib.

Məlumat üçün bildirək ki, seçkilərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 milyon 834 min 574 (52,18 %), Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 25 milyon 475 min 724 səs (47,82 %) toplayıb.

Ləman Əsədli
Lamanasadli01