Türkiyə-Yunanıstan sərhədində FETÖ terror təşkilatının beş üzvü saxlanılıb

Türkiyə-Yunanıstan sərhədində FETÖ terror təşkilatının beş üzvü saxlanılıb

Bakı, TurkicWorld:

Türkiyə-Yunanıstan sərhədində FETÖ terror təşkilatının beş üzvü saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, sərhəddə beşi FETÖ terrorçusu olmaqla, ümumilikdə 29 nəfər saxlanılıb.

Məlumat üçün qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilən çevriliş cəhdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə meydanları dolduran vətəndaşların dəstəyi ilə aradan qaldırıldı.

Çevrilişin rəhbəri kimi uzun illərdir ABŞ-da yaşayan və din xadimi kimi tanıdılan Fətullah Gülən və tərafdarının adı çəkilir.

Ləman Əsədli
Lamanasadli01