Prezident seçkilərindən sonra Türkiyədə investisiya tələbləri artıb - GABORAS

Prezident seçkilərindən sonra Türkiyədə investisiya tələbləri artıb - GABORAS

Bakı. TurkicWorld:

Seçkilərdən sonra investisiya tələblərinin artması ilə Londondan investorlar bir çox sahədə ilk etapda 1 milyard dollarlıq investisiya üçün Türkiyədə ikitərəfli görüşlər keçirmək məqsədi ilə ölkəyə səfər ediblər.

TurkicWorld-un məlumatına görə, İngiltərənin iş adamları təşkilatlarından biri olan Dəstək Müsəlman Biznes Forumu (SMBF) Türkiyə Əmlak Birjasının (GABORAS) dəvəti ilə 30 investorla İstanbula səfər ediblər.

“Ölkədə keçirilən seçkilərdən sonra ilk investisiya müraciətini Londondan aldıq. Onlar ilk növbədə enerjidən kənd təsərrüfatına, turizm və daşınmaz əmlaka qədər bir çox sahədə 1 milyard dollar sərmayə qoymağı planlaşdırırlar. Bizdə əlimizdən gəldiyincə investorlarımızı dəstəkləyəcəyik” – deyə GABORAS-ın baş direktorunun müavini Ruhi Konak bildirib.

Türkiyənin daha çox xarici investora ehtiyacı olduğunu bildirən Konak, investorların yaşıl enerji mənbələrindən, xüsusilə külək və günəş enerjisi sahələri üzrə müraciət etdiklərinidə əlavə edib.

“Hazırda Türkiyəyə böyük maraq var. Biz əvvəlcə İngiltərə, sonra Almaniya ilə əməkdaşlıq edirik. Yaxın günlərdə Almaniyadan da investorlar dəvət edəcəyik” – deyə o bildirib.

GABORAS-ın Türkiyəyə sərmayə qoymaq istəyən xarici investorlar üçün böyük potensiala malik olduğunu deyən Konak, platformanın asan istifadəsi və təhlükəsizlik elementlərinə əsaslanan texniki infrastrukturu ilə investorlar üçün cəlbedici hala gəldiyini bildirib.