Haluk Görgün Türkiyə Müdafiə Sənayesi İdərəsinin sədri təyin edilib

Haluk Görgün Türkiyə Müdafiə Sənayesi İdərəsinin sədri təyin edilib

Bakı. TurkicWorld:

Haluk Görgün Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdərəsinin sədri təyin edilib.

TurkicWorld xəbər verir ki, müvafiq sərəncamı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan verib.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

Bundan əlavə, 28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.

3 iyun tarixində Rəcəb Tayyib Ərdoğanın paytaxt Ankarada andiçmə mərasimi keçirilib.