Bakı. TurkicWorld:
Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da olmağa davam edəcəyik.
TurkicWorld-un məlumatına görə, bu sözləri Hulusi Akar vəzifəsini təhvil-təslim mərasimi zamanı deyib.
“Biz dünya sülhünə töhfə vermək üçün NATO, BMT, Aİ-də üzərimizə düşən vəzifələri yerinə yetirmişik və etməyə də davam edəcəyik”. - nazir dedi.
Onun sözlərinə görə, ölkə daxilində terror sona çatarkən, Türkiyəyə sərhəddən gələn hücumlar da aradan qaldırılıb.