Türkiyədə yağan yağışlar Qara dəniz əyalətlərində həyatı iflic edib

Türkiyədə yağan yağışlar Qara dəniz əyalətlərində həyatı iflic edib

Bakı TurkicWorld

Türkiyənin əksər hissəsində yağan yağışlar Qara dəniz əyalətlərində həyatı iflic edib.

TurkicWorld xəbər verir ki, yağışlar nəticəsində Samsunda 1 nəfər ölüb.

Amasiyada sular altında qalan 2 adamdan birinin cansız cəsədi tapılıb. Sinop və Kastamonuda əkin sahələri su altında qalıb. Nəqliyyatın hərəkətində fasilələr yaranıb.

Qeyd edək ki, Türkiyənin Samsun və digər vilayətlərində şiddətli yağış səbəbiylə mərkəzi rayonlarda təhsil bir gün müddətinə dayandırılıb.

Mehriban Xəlilli