Albaniya Türkiyədən Bayraktar TB2 PUA ixrac edəcək

Albaniya Türkiyədən Bayraktar TB2 PUA ixrac edəcək

Bakı. TurkicWorld:

Albaniya hökuməti Türkiyədən Bayraktar TB2 PUA-nın alınmasını təsdiqləyib.

TurkicWorld-un məlumatına görə, Albaniya mediasında Bayraktar TB2-nin müharibədə inqilabi silah olduğu bildirilib.

Bayraktar TB2 PUA-nın Türkiyə tərəfindən ixrac edildiyi ölkələr sırasıyla Qətər, Liviya, Ukrayna, Azərbaycan, Türkmənistan, Mərakeş, Efiopiya, Qırğızıstan, Pakistan, Cibuti, Burkina Faso, Ruanda, Toqo, Niger, Nigeriya, Polşa və Malidir.

Bayraktar TB2 PUA-nın xüsusiyyətləri:

Uzunluq: 6.5 m

Qanad genişliyi: 12 m

Maksimum qalxma çəkisi: 650 kq

Yük tutumu: 55 kq

Maksimum sürət: 222 km/saat

Seyredici sürəti: 130 km/s

Fəaliyyət radiusu 150 km

Ən yüksək hədd: 8200 m

Avtonom idarəetmə: 24 saat[15]

PUA Rotax 912 daxili yanma mühərriki ilə təchiz olunub.

Gövdəsi kompozit materiallardan hazırlanıb və avtomatik qalxma-enmə sistemi ilə təchiz edilib.