Türkiyə Əsrində ölkənin siyasi və iqtisadi sabitliyi üçün çox çalışacağıq - Cevdet Yılmaz

Türkiyə Əsrində ölkənin siyasi və iqtisadi sabitliyi üçün çox çalışacağıq - Cevdet Yılmaz

Bakı, TurkicWorld:

Türkiyə Əsrində ölkənin inkişafı üçün yeni layihələr irəli sürəcəyik, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin yeni vitse-prezidenti Cevdet Yılmaz deyib.

"Türkiyə vətəndaşları seçkilərdə Cümhur İttifaqını seçməklə öz iradəsini açıq şəkildə nümayiş etdirdi. Bu da bizim məsuliyyətimizi daha da artırır. Ölkənin siyasi və iqtisadi sabitliyi üçün çox çalışacağıq", - deyə o bildirib.

Xatırladaq ki, 3 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Ləman Əsədli
Lamanasadli01