Daha iki PKK terrorçusu Türk Ordusuna təslim olub

Daha iki PKK terrorçusu Türk Ordusuna təslim olub

Bakı. TurkicWorld:

Daha iki PKK terrorçusu Türk Ordusuna təslim olub.

TurkicWorld-un məlumatına görə, terrorçular həyata keçirilən əməliyyat nəticəsində təhlükəsizlik qüvvələrinə təslim olub.

Təslim olan təşkilat üzvlərinin 2013 və 2014-cü illərdə terror təşkilatına qoşularaq Suriyada fəaliyyət göstərdikləri müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, 2023-cü ildə təslim olan təşkilat üzvlərinin sayı 50-yə yüksəlib.