İstanbulda Ərdoğan və Stoltenberq arasında görüş baş tutub

İstanbulda Ərdoğan və Stoltenberq arasında görüş baş tutub

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.

TurkicWorld xəbər verir ki, görüş Dolmabağça sarayında mətbuata qapalı formatda keçirilib. Görüş təxminən 1 saat davam edib.

Görüşdə Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan, yeni milli müdafiə naziri Yaşar Gülər, R.T.Ərdoğanın mətbuat katibi İbrahim Kalın, həmçinin Şimali Atlantika Alyansının nümayəndələri iştirak ediblər.