Mövlud Çavuşoğlunun Türkiyə Böyük Millət Məclisi spikerliyinə namizədliyi irəli sürülə bilər - ÖZƏL

Mövlud Çavuşoğlunun Türkiyə Böyük Millət Məclisi spikerliyinə namizədliyi irəli sürülə bilər - ÖZƏL

Bakı. TurkicWorld:

Türkiyənin sabiq Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Türkiyə Böyük Millət Məclisi (TBMM) spikerliyinə namizədliyi irəli sürülə bilər.

Bu haqda TurkicWorld-a Türkiyədəki diplomatik mənbələrdən bildiriblər.

Məlumatda qeyd olunub ki, Çavuşoğlunun namizədliyi üçün hər hansısa bürokratik əngəl yoxdur.

“Çavuşoğlunun TBMM-də spiker seçilməsi ilə bağlı gizli səsvermə keçiriləcək.” – deyə diplomatic mənbədən bildirilib.

Məlumat üçün qeyd edək ki, Mövlud Çavuşoğlu son səkkiz ildir ki, Xarici İşlər naziri vəzifəsini icra edib.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökuməti açıqlayıb.