Növbəti beş il ərzində Türkiyənin adını bütün dünyada uca tutmaq üçün çalışacağıma söz verirəm - Ərdoğan

Növbəti beş il ərzində Türkiyənin adını bütün dünyada uca tutmaq üçün çalışacağıma söz verirəm - Ərdoğan

Bakı, TurkicWorld:

Növbəti beş il ərzində Türkiyənin adını bütün dünyada uca tutmaq və nüfuzunu artırmaq üçün çalışacağıma söz verirəm, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan inauqurasiya mərasimində çıxışı zamanı deyib.

Qeyd edək ki, bugün yerli vaxtla 15:00-da R.T.Ərdoğanın andiçmə mərasimi keçirilib.

Bundan əlavə, o, yerli vaxtla saat 23:00-da Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.