Bugündən Türkiyə Əsrinin inşasına başlayırıq - Ərdoğan

Bugündən Türkiyə Əsrinin inşasına başlayırıq - Ərdoğan

Bakı, TurkicWorld:

Bugündən Türkiyə Əsrinin inşasına başlayırıq, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada keçirilən inauqurasiya mərasimində çıxışı zamanı deyib.

"Seçkilərdə xalqın milli iradəsinə müdaxilə etmək istəyənləri unutmayacağıq. Demokratik şəkildə keçirilən seçkilərdə həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlarımız milli iradəsini bəyan etdi. Bugündən ölkədə terrorla mübarizəyə gücləndirilmiş şəkildə davam edəcəyik", - deyə o qeyd edib.

Türkiyə prezidenti onu da bildirib ki, Nazirlər Kabinetinin yeni tərkibi açıqlandıqdan sonra Türkiyə Əsri üçün çalışmalara başlanılacaq.

R.T.Ərdoğan mərasimdə iştirak edən rəsmilərə və seçkilərdə milli iradəsini bəyan edən Türkiyə vətəndaşlarına təşəkkür edib.

Məlumata əsasən, mərasimdə 78 ölkədən liderlər, baş nazirlər və rəsmi nümayəndələr iştirak edir.

Qeyd edək ki, bugün yerli vaxtla 15:00-da R.T.Ərdoğanın andiçmə mərasimi keçirilib.

O, yerli vaxtla saat 23:00-da Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.