Seçkilər zamanı xalqımızın milli iradəsinə müdaxilə etmək istəyənləri unutmayacağıq - Ərdoğan

Seçkilər zamanı xalqımızın milli iradəsinə müdaxilə etmək istəyənləri unutmayacağıq - Ərdoğan

Bakı, TurkicWorld:

Seçkilərdə xalqın milli iradəsinə müdaxilə etmək istəyənləri unutmayacağıq, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada keçirilən inauqurasiya mərasimində çıxışı zamanı deyib.

Məlumata əsasən, mərasimdə 78 ölkədən liderlər, baş nazirlər və rəsmi nümayəndələr iştirak edir.

R.T.Ərdoğan mərasimdə iştirak edən rəsmilərə və seçkilərdə milli iradəsini bəyan edən Türkiyə vətəndaşlarına təşəkkür edib.

Qeyd edək ki, bugün yerli vaxtla 15:00-da R.T.Ərdoğanın andiçmə mərasimi keçirilib.

O, yerli vaxtla saat 23:00-da Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.