Türkiyənin yeni Milli Müdafiə naziri açıqlanıb

Türkiyənin yeni Milli Müdafiə naziri açıqlanıb

Bakı. TurkicWorld:

Yaşar Güler Türkiyənin yeni Milli Müdafiə naziri təyin olunub.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, ölkədə bundan öncəki Milli Müdafiə naziri vəzifəsini Hulusi Akar yerinə yetirib.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

Seçkilərdə Ədalət və İnkişaf Partiyasından (AK Parti) 268, Cümhuriyyət Xalq Partiyasından (CHP) 169, Yaşıl Sol Partiyasından 61, Milliyyətçi Hərəkat Partiyasından (MHP) 50, İYİ Partidən 43, Yenidən Rifah Partiyasından isə beş millət vəkili seçilib.

Bundan əlavə, 28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.