Türkiyənin yeni Vitse-prezidenti açıqlanıb

Türkiyənin yeni Vitse-prezidenti açıqlanıb

Bakı. TurkicWorld:

Cevdet Yılmaz Türkiyənin yeni Vitse-prezidenti təyin olunub.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, ölkədə bundan öncəki Vitze-prezident vəzifəsini Fuat Oktay yerinə yetirib.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

Seçkilərdə Ədalət və İnkişaf Partiyasından (AK Parti) 268, Cümhuriyyət Xalq Partiyasından (CHP) 169, Yaşıl Sol Partiyasından 61, Milliyyətçi Hərəkat Partiyasından (MHP) 50, İYİ Partidən 43, Yenidən Rifah Partiyasından isə beş millət vəkili seçilib.

Bundan əlavə, 28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.