Bakı. TurkicWorld:
Türkiyə prezidentinin sabiq sözçüsü İbrahim Kalın Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri təyin olunub.
TurkicWorld xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qeyd edək ki, ölkədə bundan öncəki MİT rəhbəri vəzifəsini Hakan Fidan yerinə yetirib.
İbrahim Kalın kimdir?
İbrahim Kalın, 1971-ci ildə Türkiyənin İstanbul şəhərində əslən Ərzurum İspirlidən olan bir ailənin övladı olaraq dünyaya gəlib. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündə bakalavr təhsilini tamamlayıb. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsili, 2002-ci ildə isə Corc Vaşinqton Universitetində “Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü” adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi alıb.
Ətraflı oxu: İbrahim Kalın Kimdir?
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.
Bundan əlavə, 28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.
3 iyun tarixində Rəcəb Tayyib Ərdoğanın paytaxt Ankarada andiçmə mərasimi keçirilib.