İstanbulda IATA-nın 79-cu Baş Assambleyası keçiriləcək

İstanbulda IATA-nın 79-cu Baş Assambleyası keçiriləcək

Bakı, TurkicWorld:

Türkiyənin İstanbul şəhəri 5 iyun tarixində dünyanın aviasiya mərkəzi olacaq, TurkicWorld xəbər verir ki, bu sözləri Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Willie Walsh deyib.

Məlumata əsasən, İstanbulda 4-6 iyun tarixlərində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) 79-cu Baş Assambleyası keçiriləcək.

Tədbirdə 300-dən çox aviaşirkət rəsmiləri, hökumət nümayəndələri, aviasiya avadanlıqları təchizatçıları dəyişən enerji bazarlarını, sənayenin üzləşdiyi problemləri, sektorun iqtisadi vəziyyəti və davamlılığını müzakirə edəcək.

Ləman Əsədli
Lamanasadli01