Akkuyu AES Türkiyə əsrinin yeni nəsil enerji mərkəzi olacaq - Fatih Dönməz

Akkuyu AES Türkiyə əsrinin yeni nəsil enerji mərkəzi olacaq - Fatih Dönməz

Bakı, TurkicWorld:

Akkuyu Atom Elektrik Stansiyası Türkiyə əsrinin yeni nəsil enerji mərkəzi olacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri ölkənin Energetika və Təbii sərvətlər naziri Fatih Dönməz öz rəsmi twitter hesabında bildirib.

Türkiyəli nazir artıq AES-in tikintisinin qısa zamanda başa çatdırılacağını qeyd edib.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir. AES ilə ildə 17 milyon ton karbon emissiyasının qarşısı alınacaq.

Ləman Əsədli
Lamanasadli01