Türkiyə-Yunanıstan sərhədində FETÖ terror təşkilatının iki üzvü saxlanılıb

Türkiyə-Yunanıstan sərhədində FETÖ terror təşkilatının iki üzvü saxlanılıb

Bakı, TurkicWorld:

Türkiyə-Yunanıstan sərhədində FETÖ terror təşkilatının iki üzvü saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumat üçün qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilən çevriliş cəhdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə meydanları dolduran vətəndaşların dəstəyi ilə aradan qaldırıldı.

Çevrilişin rəhbəri kimi uzun illərdir ABŞ-da yaşayan və din xadimi kimi tanıdılan Fətullah Gülən və tərafdarının adı çəkilir.

Ləman Əsədli
Lamanasadli01