Türkiyə vətəndaşlarının 20 faizdən çoxu köklükdən əziyyət çəkir

Türkiyə vətəndaşlarının 20 faizdən çoxu köklükdən əziyyət çəkir

Bakı. TurkicWorld:

2022-ci ildə aparılan sağlamlıq hesablamasına görə, 15 yaş və üstü Türkiyə vətəndaşlarının 20,2 faizi köklükdən əziyyət çəkir.

Bu barədə TurkicWorld-a Türkiyə Statistika İnstitundan (TÜİK) bildirilib.

"Ölkədə ümumilikdə 23,6 faiz qadın, 16,8 faiz kişi artıq çəki və ya piylənmə problemindən əziyyət çəkir." - deyə qurumdan qeyd edilib.

Eyni dövrdə aparılan hesabata görə, Türkiyədə 30,9 faiz qadın, 40,4 faiz kişi bu xəstəliyə sahib olma riskini daşıyır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin açıqladığı 2022-ci il Avropa Obezite Hesabatına əsasən, Türkiyə Avropada köklük üzrə birinci yerdədir.

Məlumata görə, Türkiyədə yetişkinlərin təxminən 59 faizi artıq çəki və ya piylənmə problemi ilə üzləşir.

Eyni hesabata görə, Avropada böyüklərin 59 faizi və təxminən hər üç uşaqdan biri artıq çəki və ya köklükdən əziyyət çəkir.

Dünya üzrə 2030-cu ilə qədər 1 milyon insanın qarşı-qarşıya qalacağı bildirilən və qlobal ictimai sağlamlıq problemi olan köklük həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə günü-gündən artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Asiya, Afrika və Avropanın 6 fərqli bölgəsində apardığı 12 illik araşdırmada köklüyün yayılmasında 10-30% artım təsbit edilib.

ÜST 2030-cu ilə qədər 1 milyard insanın "sağlamlığı pozacaq dərəcədə bədəndə anormal və ya həddindən artıq yağ yığılması" olaraq təyin olunan köklük ilə üzləşəcəyini proqnozlaşdırır.