Türkiyə regional və qlobal problemlərin həlli üçün "sabitləşdirici güc" olmağa davam edəcək - Fəxrəddin Altun

Türkiyə regional və qlobal problemlərin həlli üçün "sabitləşdirici güc" olmağa davam edəcək - Fəxrəddin Altun

Bakı. TurkicWorld:

Türkiyə regional və qlobal problemlərin həlli üçün "sabitləşdirici güc" olmağa davam edəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun jurnalistlərə açıqlaması zamanı deyib.

"Ərdoğanın Türkiyəsi davamlılığa, sülhə, inkişafa, dəyərlərə, gücə, müvəffəqiyyətə sadiqdir. Türkiyənin yeni əsri özü ilə bərabər sülh, elm, doğruluq, səmərəlilik, sabitlik, şəfqət, ünsiyyət, istehsal və uğurlu gələcək gətirəcək. Türkiyə əsri artıq başladı", - deyə o bildirib.

Fəxrəddin Altun qeyd edib ki, Türkiyə, içində olduğu qeyri-sabitlik dövründə regional və qlobal problemlərin həlli üçün “sabitləşdirici güc” olmağa davam edəcək. Prezidentimizin rəhbərliyi ilə daha firavan, daha böyük və güclü olmaq üçün hərtərəfli inkişaf planını həyata keçirəcəyik. Biz bu mübarək gündə qardaş, dost və müttəfiq ölkələri güclü və böyük Türkiyə ilə görməkdən məmnunuq.