Andrey Yermak və İbrahim Kalın taxıl sazişi ilə bağlı danışıqlar aparıb

Andrey Yermak və İbrahim Kalın taxıl sazişi ilə bağlı danışıqlar aparıb

Bakı TurkicWorld

Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın telefonla danışıblar.

TurkicWorld xəbər verir ki, bu barədə A.Yermak tviter səhifəsində yazıb.

O, Kalın ilə Ukrayna münaqişəsinə dair Prezident Volodimir Zelenskinin irəli sürdüyü sülh formuluna dəstəyi müzakirə etdiyini bildirib.

Qeyd edək ki, daha sonra onlar “taxıl sazişi”nin icrasını da müzakirə ediblər.

Xatırladaq ki, 2022-ci ilin iyul ayının 22-də İstanbulda Ukrayna, Türkiyə və BMT arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb. Sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur. 120 gün müddətinə bağlanan müqavilələr ötən ilin noyabrında eyni müddətə uzadılıb. "Taxıl sazişi"nin müddəti mayın 18-də başa çatacaq.

Mehriban Xəlilli

@MXalilbekova