Britaniya Kral Hərbi Hava Qüvvələri Türkiyənin Havelsan şirkətini ziyarət edib

Britaniya Kral Hərbi Hava Qüvvələri Türkiyənin Havelsan şirkətini ziyarət edib

Bakı, TurkicWorld:

Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri Türkiyənin Havelsan şirkətini ziyarət edib.

TurkicWorld xəbər verir ki, bu barədə Havelsan şirkətinin Barış Qartalı Layihə rəhbəri İnal Atilla Güneş məlumat verib.

Məlumata əsasən, Britaniya Kral Hərbi Hava Qüvvələri sistem beyni olan Havelsan tərəfindən hazırlanan və Barış Qartalı kimi tanınan E-7T havadan erkən xəbərdarlıq və idarəetmə (AEW&C) təyyarəsi ilə yaxından maraqlanıb.

Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi ilə Boeing arasında 4 iyun 2002-ci ildə dörd ədəd havadan erkən xəbərdarlıq və idarəetmə təyyarəsi üçün 1 milyard 468 milyon dollar dəyərində müqavilə imzalanıb.

Ləman Əsədli

lamanasadli01