Millətimiz göstərdi ki,FETÖ-çularla birlik olan şəxslər bu ölkəni idarə edə bilməz - Ərdoğan

Millətimiz göstərdi ki,FETÖ-çularla birlik olan şəxslər bu ölkəni idarə edə bilməz - Ərdoğan

Bakı, TurkicWorld:

Türkiyədə 14 may tarixində keçirilən seçkilərin ilk turunda son 21 ildə ölkədə demokratiyanın yüksək səviyyəyə çatdığını bütün dünyaya göstərdik, TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi twitter hesabında bildirib.

"Qərbin diktatorluq iddialarının tamamilə əsassız olduğunu sübut etdik. Millətimiz göstərdi ki, siyasi qazanc naminə separatçılarla, FETÖ-çularla birlik olan şəxslər bu ölkəni idarə edə bilməz", - deyə o qeyd edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli
Lamanasadli01