Son dəqiqə

Türkiyə Akkuyu Atom Elektrik Stansiyasının (NGS)

Akkuyu AES Türkiyənin enerji sahəsində xaricdən asılılığını azaldacaq - TESPAM rəhbəri

Bakı,TurkicWorld:

Türkiyənin Akkuyu Atom Elektrik Stansiyası ölkənin enerji sahəsində xaricdən asılılığını 5% azaldacaq, TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) rəhbəri Oğuzhan Akyener bildirib.

"Bir ildən bir enerji hasil etməyə başlayacaq Akkuyu AES-in bloklarının işə salınması Türkiyənin enerji müstəqilliyini əldə etməsi istiqamətində atılan ən böyük addımlardan biridir. Türkiyənin xaricdən enerji asılılığının 2028-ci ildə 56 faizə, 2053-cü ildə isə 13 faizə endirilməsi nəzərdə tutulur", - deyə o əlavə edib.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir. AES ilə ildə 17 milyon ton karbon emissiyasının qarşısı alınacaq.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər