Son dəqiqə

Türkiyə Gələcək Partiyası

Türkiyənin müxalifət partiyasından daha 11 nəfər istefa edib

Bakı, TurkicWorld:

Türkiyənin müxalifət Gələcək Partiyasının 11 qurucu üzvü bugün istefa edib.

TurkicWorld xəbər verir ki, bu barədə partiya adından Təsisçilər Şurasının üzvü Bayram Zilan öz sosial media hesabında paylaşım edib.

O, həmçinin, Rəcəb Tayyib Ərdoğanı və Cümhur İttifaqını dəstəkləyəcəklərini açıqlayıb.

Qeyd edək ki, Gələcək Partiyasında daha öncə 5 may tarixində, Memleket Partiyasında isə 13 may tarixində kütləvi istefalar baş verib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər