Bakı TurkicWorld
Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ 12 kilometr dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep,
Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Mehriban Xəlilli
Twitter: @MXalilbekova