Türkiyəyə qarşı işğalçı düşüncəsi olan hər kəs tarixdən dərs almalıdır - Hulusi Akar

Türkiyəyə qarşı işğalçı düşüncəsi olan hər kəs tarixdən dərs almalıdır - Hulusi Akar

Bakı, TurkicWorld:

Türkiyəyə qarşı işğalçı düşüncəsi olan hər kəs tarixdən dərs almalıdır, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar 19 may Atatürkü anma Gənclik və İdman Bayramı münasibətilə Atatürk İdman Kompleksində təşkil edilən tədbirdə çıxışı zamanı bildirib.

"Türkiyə tarixi dəyərləri və coğrafiyası olan ölkədir. Ölkəmizin daha da inkişaf etməsi üçün lazım olan hər şeyi etdik və bundan sonra da etməyə davam edəcəyik", - deyə Akar əlavə edib.

O, həmçinin Türkiyənin gələcəyinin gənclərin əlində olduğunu vurğulayaraq, onlar üçün hər cür sərmayənin təmin edildiyini bildirib.

Qeyd edək ki, bugünə qədər 19 May – Atatürkü anma, Gənclər və İdman Günü Türkiyədə böyük təntənə ilə qeyd edilir. Bu bayramın adı indiyə qədər üç dəfə dəyişilib. 1935-ci ildə bayram Atatürk günü kimi tarixə düşsə də, 1938-ci ildə Atatürkün əmri ilə Gənclik və İdman Bayramı adı verilib. 1981-ci ildən isə bayram Atatürkü Anma, İdman və Gənclik bayramı adlandırılır.

Ləman Əsədli

Twitter: lamanasadli01