Bakı TurkicWorld
Türkiyə MİT Suriyanın Sırrin/Ayn İsa bölgəsində anti-teror əməliyyatı keçirib.
TurkicWorld xəbər verir ki, anti-terror əməliyyatı nəticəsində PKK/YPG-nin Aynularab (Kobani) maliyyə məmuru adlandırılan Tuba Karakoçu zərərsizləşdirib.
Məlumata əsasən, zərərsizləşdirilən Tuba Karakoç 2013-cü ildə terror təşkilatı PKK-ya qoşularaq Türkiyə, İraq və Suriyada bir çox bölgədə fəaliyyət göstərib.
Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.
Mehriban Xəlilli
@MXalilbekova







