Bakı. TurkicWorld:
Türkiyə İraqın şimalı - Süleymaniyyə uçuşları üçün hava məkanını bağlayıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici işlər nazirliyinin məlumatında qeyd olunub.
“Türkiyə hava məkanını aprelin 3-dən etibarən İraq Süleymaniyyə Beynəlxalq Hava Limanından olacaq uçuşlar üçün bağlayıb. Sözügedən qərar PKK terror təşkilatının Süleymaniyyədə fəaliyyətinin intensivləşdirilməsi, terror təşkilatının hava limanına soxulması və bununla da uçuş təhlükəsizliyini təhdid etməsi çərçivəsində qəbul edilib. İlk mərhələdə 3 iyul 2023-cü il tarixinə qədər qüvvədə olması gözlənilən qərar, qeyd olunan tarixə qədər yaxından izləyəcəyimiz inkişaflar işığında nəzərdən keçiriləcək", - deyə nazirliyin məlumatında göstərilib.







