Türkmənistan və Özbəkistan birgə bədii film istehsal edəcəklər

Türkmənistan və Özbəkistan birgə bədii film istehsal edəcəklər

Bakı. TurkicWorld:

Türkmənistan və Özbəkistan birgə bədii film istehsal edəcəklər.

TurkicWorld-un məlumatına görə, Türkmənistanın Özbəkistandakı səfiri Yazquli Məmmədov Özbəkistan Respublikası Kino Agentliyinin direktor müavini Şuhrat Rızayev ilə görüşüb.

Görüş zamanı tərəflər kino sahəsində Türkmənistan-Özbəkistan əməkdaşlığının imkanlarına dair fikir mübadiləsi aparıb və 2023-cü ilin may ayında Türkmənistanda Özbəkistan Film Günlərinin təşkili ideyasını müzakirə ediblər.

Türkmənistan tərəfi, 2023-cü ilin sentyabrında Türkmənistan kino günlərində keçirilməsi planlaşdırılan 15-ci Daşkənd Film Festivalına dəvət olunub.

2024-cü ildə böyük türkmən filosof-şairi Mahtumkuli Firakinin 300 illik yubileyinin qeyd olunması çərçivəsində türkmən şairinin həyat və yaradıcılığından bəhs edən sənədli və bədii filmlərin çəkilməsi imkanları müzakirə olunub.

Bundan əlavə, Türkmənistan tərəfi Arkadağ şəhərinin tikintisi barədə məlumat verib və Özbəkistan tərəfini bu meqa-layihənin açılış mərasimində iştiraka dəvət edib.

Qeyd edək ki, Arkadağın tikintisinə 2019-cu ilin aprelində başlanılıb. Yaxın vaxtlarda “ağıllı şəhər”in birinci mərhələsinin açılış mərasimi keçiriləcək. Şəhərdə elektrik avtobuslarının və elektromobillərin hərəkəti təşkil ediləcək, günəş panelləri və külək turbinləri quraşdırılacaq